PDF Oxu

İqtisadiyyat

  • 21

Naxçıvan Muxtar Respublikası ilə İslam İnkişaf Bankı arasında müqavilə imzalanıb

Naxçıvan Muxtar Respublikası ilə İslam İnkişaf Bankı arasında müqavilə imzalanıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı (İİB) arasında "Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi" layihəsinin kredit müqaviləsini imzalamaq məqsədi ilə Naxçıvana gələn İİB-nin regional ofisinin direktoru Hişam Taleb Maaruofla görüşüb.

Ali Məclisin sədri bildirib ki, ölkəmizin sürətli inkişafı, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıqda da öz əksini tapır. Bu baxımdan İslam İnkişaf Bankı ilə getdikcə dərinləşən əlaqələrin, qurulan qarşılıqlı əməkdaşlığın da yaxşı perspektivləri vardır.

İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirdiyi layihələrin özünü doğrultduğunu qeyd edən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının İİB ilə əvvəlki illərdə də uğurlu əməkdaşlıq etdiyini bildirib. Qeyd olunub ki, "Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi" layihəsi də qurulan səmərəli əməkdaşlığın davamıdır. Ali Məclisin sədri deyib ki, bu istiqamətdə reallaşdırılan layihələr Naxçıvan Muxtar Respublikası üçün mühüm əhəmiyyətə malikdir. Ona görə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 20 ildir blokada şəraitində yaşayır. 420 minə yaxın əhalinin yaşadığı muxtar respublikada suvarılan torpaqlar cəmi 60 min hektardır. Ona görə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması bizim üçün əhəmiyyətlidir. Səmimi görüşə və İslam İnkişaf Bankı ilə əməkdaşlığa verdiyi əhəmiyyətə görə Ali Məclisin sədrinə minnətdarlığını bildirən Hişam Taleb Maaruof İslam mədəniyyətinin incilərindən biri sayılan Naxçıvanda ilk dəfə olduğunu, qədim diyarın onda zəngin təəssürat oyatdığını bildirib. Qonaq deyib ki, Azərbaycanda bir sıra uğurlu layihələr həyata keçirən İslam İnkişaf Bankı Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığa xüsusi önəm verir. Kənd təsərrüfatı sahəsi və su təchizatı bankın fəaliyyətinin prioritet istiqamətidir. Kənd təsərrüfatının uğurla inkişaf etdiyi Naxçıvanda bu layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində səy göstəriləcək. Sonra Azərbaycan Respublikası Hökuməti adından Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev və İslam İnkişaf Bankı adından bankın Regional ofisinin direktoru Hişam Taleb Maaruof "Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi" layihəsinin kredit müqaviləsini imzalayılar.

Digər xəbərlər