Azərbaycanın "Ata Siğorta" şirkəti çərşənbə günü dövlət poçt operatoru "Azərpoçt" MMC ilə əməkdaşlıq sazişi imzalayıb. Müqaviləyə görə, "Ata Siğorta" "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərəcək.
"Ata Siğorta" Şirkəti İdarə Heyəti sədrinin müavini İsrail Qarayevin çərşənbə günü jurnalistlərə dediyinə görə, gələn il şirkətin əsas məqsədi satış həcmlərinin artırılması olacaq. "Ona görə də, biz bütün ölkə üzrə filial şəbəkələrinə malik strukturlarla işləməyi qərara almışıq. Müqavilə ölkə əhalisinin şirkətin məhsul və xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə sadələşdirir", - Qarayev deyib. Şirkətin idarə heyətinin sədri Tamerlan Hacıyevin sözlərinə görə, "Azərpoçt"la əməkdaşlıq şirkətin müştəri bazasını 2-2,5 dəfə artırmağa imkan verəcək. "Hazırda bizdə 15 mindən çox müştəri var", - Hacıyev deyib. Onun sözlərinə görə, poçt operatorunun şöbələrində şirkətin işlədiyi sığortanın bütün növləri üzrə məhsullar satılacaq. "Poçt şöbələrində polislərin satışı tamamilə avtomatlaşdırılacaq və elektron şəkildə həyata keçiriləcək", - o deyib. Azərpoçt"un baş direktorunun müavini Sübhan Kazımovun sözlərinə görə, bu gün poçt operatoru ölkədə ən şaxələndirilmiş filial şəbəkəsinə malikdir.
"Bizim bütün ölkədə 1500-ə yaxın şöbəmiz var ki, onlar avtomatlaşdırılmış korporativ şəbəkəyə birləşdiriliblər. 800-dən artıq poçt şöbəsi tamamilə avtomatlaşdırılıb. "Azərpoçt"da işlərin avtomatlaşdırılması üçün dövlət maliyyələşdirilməsi ayrılarkən əhalinin ən ucqar kəndlərdə bank və maliyyə xidmətlərindən istifadəsinin təmin olunması da nəzərə alınıb", - Kazımov bildirib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...