2011-ci ildə mürəkkəb qlobal iqtisadi mühitdə Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirmiş, milli iqtisadiyyatda sabitlik hökm sürmüş və artım prosesləri davam etmişdir. Həyata keçirilmiş səmərəli tədbirlər böhran illərində də iqtisadi artımın davam etməsini təmin etmiş və milli iqtisadiyyatın 2009-2011-ci illərdə sabit inkişafında əhəmiyyətli rol oynamışdır. Dünyanın əksər ölkələrinin kredit reytinqi azaldıldığı halda, Azərbaycanın kredit reytinqi yüksəldilmişdir.
Mərkəzi Bankdan AzərTAc-a verilmiş məlumatda deyilir ki, hazırda iqtisadi artım tamamən qeyri-neft sektorundan qaynaqlanır. 2012-ci ilin pul-maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilmişdir. Bu hədəflərə nail olmaq üçün cari ildə də Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsini həyata keçirəcək, habelə makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşməsinə zəruri dəstək verəcəkdir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...