"2011-ci il demək olar ki, bütün istiqamətlərdə uğurlu il kimi xarakterizə oluna bilər. O baxımdan ki, bu ildə Azərbaycan iqtisadi inkişaf xəttinin daha da inamla yürütdü, siyasi cəhətdən böyük bir uğura imza atıldı, BMT TŞ-ya qeyri-daimi zv seçildik. Xatırladım ki, 2011-ci ildə Avropanın bir sıra ölkələri iqtisadi böhran ucbatından siyasi böhran yaşadı. Azərbaycanda isə düzgün istiqamətləndirilmiş siyasi kurs iqtisadi inkişafı daha da gücləndirdi. Bu fikri təsdiq edən faktlar olduqca çoxdur. 2011-ci ildə ölkəmizdə yeni investisiya xarakterli layihələrin həyata keçirilməsi, insanların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər bunu deməyə əsas verir". Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
Onun sözlərinə görə iqtisadi inkişaf bölgələrin inkişafını da özündə ehtiva edib: "2011-ci ildə ölkəmizin regionlarında onlarla yeni müəssisə işə başladı. Bu öz növbəsində yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmin regionların sosial inkişafına da xidmət göstərir. Qeyd edək ki, ölkəmizdə iki mərhələdə həyata keçirilən regionların inkişafı ilə bağlı dövlət proqramları bu mənada böyük əhəmiyyətə malikdir. Ümidvarıq ki, 2012-ci ildə bu fəaliyyət daha böyük masştabda davam etdiriləcək".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...