PDF Oxu

İqtisadiyyat

  • 12

ARDNŞ prezidentindən qanunsuz evlərin sahiblərinə şad xəbər!

ARDNŞ prezidentindən qanunsuz evlərin sahiblərinə şad xəbər!

ARDNŞ-nin şirkətin ərzisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin qanunsuz tikintisi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Bir neçə il əvvəl ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bakının Keşlə qəsəbəsindəki meydançalarında inşa edilən qanunsuz tikililər sökülməyəcək. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti, millət vəkili Rövnəq Abdullayev seçiciləri ilə görüşərkən deyib. Onun sözlərinə görə, əgər hər hansı tikililər sökülərsə, kompensasiya ödəniləcək.

Rövnəq Abdullayev, həmçinin qeyd edib ki, ARDNŞ-nin iddiaları üzrə tikililərin qanunsuz olduğunu təsdiqləyən məhkəmə qərarları burada baş verə biləcək istənilən insidentə görə şirkətin məsuliyyətini aradan qaldırır. Belə ki, bu ərazilərdə yaşayış təhlükəlidir. Şirkət rəhbəri bildirib ki, indi bütün məsuliyyət bu tikillilərin sahiblərinin üzərinə düşür.

2011-ci ilin yekunlarına görə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkətin ərzisindəki yaşayış və qeyri-yaşayış obyektlərinin qanunsuz tikintisi məsələsi üzrə məhkəmələrə verdiyi iddia ərizələrinin ümumi sayı 12 minə yaxın təşkil edir. Təkcə 2012-ci ildə "Binagadi oil" (Bakının Binəqədi rayonu) neft şirkətinin meydançalarında yerləşən qanunsuz tikililərə dair 8 minə yaxın iddia qaldırılması planlaşdırılır.

Digər xəbərlər