PDF Oxu

İqtisadiyyat

  • 21

2011-ci ildə Azərbaycanda 5 min 137 hüquqi və 57 min 576 fiziki şəxs qeydiyyatdan keçib

2011-ci ildə Azərbaycanda 5 min 137 hüquqi və 57 min 576 fiziki şəxs qeydiyyatdan keçib

2011-ci ildə hüquqi və fiziki şəxslərin sayı artmaqda davam etmişdir. İl ərzində qeydiyyata alınmış 5 min 137 hüquqi şəxsin 268-i dövlət, 5-i bələdiyyə, 4 min 298-i xüsusi mülkiyyətə mənsub olmuşdur. Onların 440-ı tam xarici investisiyalı, 126-sı isə birgə müəssisələrə aiddir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yeni müəssisələrin 61,5 faizi Bakıda, 10,3 faizi Aran, 7,6 faizi Abşeron, 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə yaradılmışdır.

Vergi orqanlarının məlumatlarına görə, keçən il ərzində 57 min 576 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Digər xəbərlər