PDF Oxu

İqtisadiyyat

  • 16

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət ölkəmizin yüksək nailiyyətlər qazanması ilə müşayiət olunur”

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət ölkəmizin yüksək nailiyyətlər qazanması ilə müşayiət olunur”

"Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət ölkəmizin yüksək nailiyyətlər qazanması ilə müşayiət olunur". Bu fikirləri Milli Məclisin Regional komitəsinin üzvü, millət vəkili Azər Badamov deyib.

A.Badamov bildirib ki, 20 illik müstəqillik tarixi olan respublikamızın artıq investor ölkə rolunda çıxış etməsi, o cümlədən, dünyada müşahidə edilən iqtisadi-maliyyə böhranından yayına bilməsi məhz uğurlu iqtisadi siyasətin nəticəsidir. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən investisiya yatırımları olduqca mühüm sahələrin yenidən dirçəlişinə yol açıb.

"Eyni zamanda, investisiya layihələrinin uğurlu icrası qeyri-neft sektorunun, yüngül və ağır sənayenin, o cümlədən, yeyinti sənayesinin və turizm obyektlərinin genişlənməsinə imkan yaradıb. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olunub və ilk dəfə olaraq investisiyaların həcmi 20 milyard dollara bərabər olub. Bu rəqəm nəinki Cənubi Qafqaz bölgəsi üçün, bəlkə də yüksək inkişafa malik dövlətlər üçün də böyük bir göstərici sayıla bilər. Qeyd edim ki, bu işdə yerli investorların da fəaliyyəti dəyərləndirilməlidir. Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan şərait bu mənada təqdirəlayiqdir. İnvestisiya layihələrinin daha çox bölgələri əhatə etməsi həm də regionların inkişafına müsbət təsirlər göstərir"- deyə komitə üzvü bildirib.

Digər xəbərlər