Azərbaycanda işəgötürənlər və işçilər tərəfindən Dövlət Sosial Müdafə Fonduna (DSMF) ödənilən icbari sosial sığorta üzrə ödənişlər arasında nisbəti dəyişdirməyin vaxtı çatıb. Bu barədə Trend-ə DSMF-nin sədri Səlim Müslümov deyib.
"Bu, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub və artıq bu prosesə başlamaq lazımdır. Qonşu ölkələrdə bu proses aparılır. Məsələn, Qazaxıstanda 21 faizdən işçiyə 10 faiz düşür", - Müslümov qeyd edib. Hazırda işçinin icbari sosial sığortaya görə ödənişləri iki mənbədən formalaşır: işəgötürənlər əməkhaqqı fondundan sosial sığortaya ödənişləri 22 faiz həcmində həyata keçirirlər, işçinin əməkhaqqından isə 3 faiz tutulur. Müslümovun sözlərinə görə, birinci mərhələdə işçilərə ödənilən ödənişlərin faiz dərəcələrinin indiki 3 faizdən 5 faizə artırılması və müvafiq olaraq, işəgötürənlərin payının 22 faizdən 20 faizə azaldılması nəzərdə tutulur.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...