PDF Oxu

İqtisadiyyat

  • 13

Dünya Bankı: “Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan liderdir”

Dünya Bankı: “Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan liderdir”

Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan Dünya Bankının (DB) tərəfdaş ölkələri arasında liderdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunnda çıxış edən DB-nin Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouen bildirib.

"DB-nin Azərbaycandakı mövcud portfeli kifayət qədər ciddi səviyyədə - 2,3 milyard dollar həcmində formalaşdırılıb. Azərbaycan portfelin həcminə görə bankın üçüncü tərəfdaş ölkəsi, adambaşına düşən investisiyanın həcminə görə isə birinci tərəfdaş ölkəsidir", - Ouen qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın vergi sistemi getdikcə daha da səmərəli olur. "Fəaliyyətdə olan qanunvercilik bunun üçün yaxşı şərait yaradır", - Ouen deyib. O, Azərbaycanın vergi sisteminin inkişafında beynəlxalq ictimaiyyətin, Avropa İttifaqının və xüsusən də Niderland Krallığının rolunu vurğulayıb. "Gələcək inkişaf, o cümlədən vergiqoyma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi üçün böyük imkanlar var" , - Ouen bildirib. Onun sözlərinə görə, qeyri-neft ÜDM-də vergi daxilolmalarının payı üzrə Azərbaycanın mövqeyi dünyada qüvvətlənir.

Digər xəbərlər