Milli Məclisin yaz sessiyasında Ailə Məcəlləsinə yeni əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
M.Quliyev qeyd edib ki, indiyə qədər məcəllədə bir sıra dəyişikliklər olsa da müəyyən zərurətlər səbəbindən yenidən əlavə və dəyişikliklərin edilməsi də hazırlanır.
"Bununla bağlı müvafiq əlavə parlamentin yaz sessiyası ərzində komitədə müzakirə olunacaq və Milli Məclisin plenar iclasına çıxarılacaq. Əlavələrdə əsasən nikaha girənlərdə tibb arayışın məcburi tələb olunması, ailə həkimi və sair məsələlər nəzərdə tutulub. Daha çox nikah müqaviləsinin bağlanması ilə bağlı məsələlər tənzimlənəcək"-deyə komitə sədrinin müavini vurğulayıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...