Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində çox yüksək göstəricilər əldə edilib ki, onlardan biri də sosial siyasət istiqamətində aparılan uğurlu siyasət amilidir. Belə ki, beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırmış, perspektiv inkişafa, xalqın maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır.
Azərbaycanda yenicə qədəm qoyduğumuz cari 2012-ci ildə də, ötən illərdə olduğu kimi, uğurlu iqtisadi inkişaf və bu inkişafın nəticəsində aparılan ardıcıl sosial siyasət perspektivləri bütün prioritetləri ilə davam edir. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir və həmin sabitliyin nəticəsidir ki, ölkə əhalisi sosial sferada daha yaxşı, daha firavan həyat sürür.
AZƏRBAYCANDA KEÇİD DÖVRÜNƏ XAS OLAN BÜTÜN PROBLEMLƏR ARADAN QALDIRILIB
Eyni zamanda, bu gün Azərbaycanda keçid dövrünə xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və çoxşaxəli tərəqqisinə, xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının daha dolğun ödənilməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da yüksəldib. Prezident İlham Əliyev ölkəmizin davamlı tərəqqisi yolunda sosial proqramların həllinin böyük əhəmiyyətini önə çəkərək, bu istiqamətdə görülən işləri yüksək dəyərləndirmişdir və ölkədə sosial siyasətin prioritet məsələ olduğunu vurğulayaraq, bəyan etmişdir ki, Azərbaycanda sosial siyasət prioritet istiqamətlərdəndir.
UĞURLU NƏTİCƏLƏR VƏ PERSPEKTİVLƏR
Hazırda ölkədə güclü sosial siyasətin aparılmasının nəticəsidir ki, bu yöndə Azərbaycan xalqı demək olar ki, bütün sosial problemlərdən kənardır və bu istiqamətdə yaşayış səviyyəsinin göstəriciləri yüksəkdir. Belə ki, sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı xəstəxanalar, məktəblər, olimpiya idman mərkəzləri, yeni-yeni mədəniyyət ocaqları istifadəyə verilir. Azərbaycanın paytaxtında-Bakıda və bölgələrdə açılan müasir sosial infrastruktur obyektləri də bu deyilənlərin bariz göstəriciləridir.
Ötən 2011-ci il və cari 2012-ci ilin sosial-iqtisadi inkişafının nəticələri bir daha təsdiqləyir ki, Azərbaycan ən çətin sınaqlarda belə qarşısına çıxan problemləri yalnız öz gücünə həll etməyə qadirdir. Dünya maliyyə və iqtisadi böhran şəraitində nəzərdə tutulan bütün sosial proqramların, infrastruktur layihələrin qətiyyətlə həyata keçirilməsi ölkəmizin real gücünün, yürüdülən siyasətin düzgünlüyünün əyani təsdiqidir. Beynəlxalq aləmdə, eləcə də, yerləşdiyimiz regionda bir çox ölkələrin böyük çətinliklərlə üzləşdiyini, bəzilərinin isə tam tənəzzülə uğradığını nəzərə alsaq, Azərbaycanın ötən il və bu ilin ilk aylarında əldə etdiyi makroiqtisadi göstəricilər olduqca böyük nailiyyətlərdir. Həmin nailiyyətlər bir daha sübut edir ki, inkişafın Azərbaycan modeli digər ölkələr tərəfindən də öyrənilir. Bir çox Qərb dövlətləri hazırda xalqın sosial yüksəlişini uğurla təmin etməkdən ötrü məhz Azərbaycan modelinə üstünlük verir, bu modelin həyata keçirilməsi üçün müəyyən işlər aparır.
Ölkəmizin sosial-iqtisadi inkişafı artıq dönməz xarakter alıb və yalnız bu neft amilindən asılı deyil. Təsadüfi deyil ki, nəhəng neft-qaz layihələrinin həyata keçirilməsi ilə yanaşı, indi daha çox qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin xüsusi diqqət mərkəzindədir. Qeyri-neft sektorunun davamlı inkişafı, yerlərdə enerji, su və qaz problemlərinin aradan qaldırılması, regionlarımızın sürətli tərəqqisi, müasir infrastrukturun formalaşdırılması, yeni iş yerlərinin açılması, elm, təhsil, səhiyyə, rabitə, nəqliyyat, idman və digər sahələrin yüksəlişinə göstərilən dövlət qayğısı nəticədə insanların daha yaxşı yaşamasına, onları narahat edən problemlərin həllinə gətirib çıxarıb.
Bu gün ölkədə bütün sferalarda dövlətin əhaliyə göstərdiyi diqqət və qayğı bunun bariz göstəricisidir.
Bütün bu nailiyyətlər dövlət başçısı cənab İlham Əliyevin ölkədə həyata keçirilən davamlı və məntiqli siyasətinin uğurlu nəticəsidir. Uğurlu sosial siyasətin prioritet istiqamətləri də bütün bu faktorları təsdiqləyib və təsdiqləməkdədir.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...