Azərbaycanda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırmışdır. Bu əsaslara söykənərək ölkəmizdə sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuş və sosial məsələlərin həlli daim ölkə rəhbərinin diqqət mərkəzində olmuşdur.
"SOSİAL SAHƏDƏ BİZİM SİYASƏTİMİZ UĞURLA DAVAM ETMİŞDİR"
Diqqət yetirsək, bir daha görərik ki, ötən 2011-ci il Azərbaycanın sığorta-pensiya sisteminin inkişafında çox əlamətdar il oldu. Çünki 2006-cı ilə qədər və ondan sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlər Prezident İlham Əliyevin verdiyi Sərəncam əsasında aradan qaldırıldı. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış 1 milyon 273 min şəxsin hər birinin fondun mərkəzləşdirilmiş arxivindəki pensiya işində olan əmək stajına uyğun pensiyasının yenidən hesablanması iyul-avqust aylarında yekunlaşdırıldı. İş stajının pensiya təyinatından sonra toplanması və ya bəzi səbəblərdən pensiya işində məlumatın tam olmadığı hallar isə sonradan fərdi nəzarətə götürüldü.
Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, "Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir".
Azərbaycanda pensiya sisteminin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları uğurla reallaşdırılmaqda davam edir. Belə ki, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq görülmüş işlər nəticəsində fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,2 faiz artmışdır. Ötən 2011-ci ildə əlavə olaraq 166402 sığortaolunana fərdi hesab açılmışdır. Həmin ilin sonuna isə əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 14200 nəfər azalaraq, 1 milyon 278 min nəfər təşkil etmişdir. Yaşa görə əmək pensiyaçılarının sayı 18300 nəfər, ailə başçısını itirməyə görə 3200 nəfər azalmış, əlilliyə görə isə 7300 nəfər artmışdır. Prezident İlham Əliyev xüsusilə qeyd etmişdir ki, qarşıdakı illərdə də sığorta-pensiya islahatları aparılacaq və bununla da ölkə vətəndaşlarının həm maaşları, həm də pensiyaları yüksək dərəcədə və davamlı olaraq artacaqdır: "Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm də pensiyalar daha da artmalıdır və artacaqdır."
2012-ci il fevralın 8-də Prezident İlham Əliyev tərəfindən imzalanmış "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı da bu deyilənləri təsdiq edən əhəmiyyətli amillərdəndir.
Bununla yanaşı, həyatımızın inkişafından irəli gələrək, bütün sahələrdə islahatların həyata keçirilməsinə ciddi ehtiyacların yarandığı kimi sosial müdafiə və pensiya sistemində də çox ciddi dəyişikliklərin aparılmasına zərurət duyulur. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uğurlu islahatlar həyata keçirilir və bu islahatlar indiyədək pensiya sistemində həyata keçirilən dəyişikliklərin yeni mərhələsini özündə ehtiva edir.
RƏFİQƏ
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...