"Son günlər bəzi KİV-lərdə Lənkəran rayonunda internetin kəsildiyi barədə verilən məlumatlar həqiqəti əks etdirmir. Təbii şəraitin yaratdığı çətinliklərə baxmayaraq rabitəçilərin gərgin əməyi və vaxtında görülmüş tədbirlər sayəsində "Aztelekom" İB-nin xidmət göstərdiyi şəbəkədə fəlakət, qəza, zədə və s. səbəbdən kabel magistrallarında heç bir boşdayanma halı olmayıb. Ayrı-ayrı lokal, məhəlli xarakterli zədələnmələr isə dərhal aradan qaldırılıb". SİA-nın məlumatına görə, bu xəbər "Aztelekom" İstehsalat Birliyinin yaydığı rəsmi məlumatda yer alıb. Xəbərdə deyilir ki, Lənkəran rayonunda "Aztelekom.net" provayderi ilə yanaşı əhaliyə internet xidmətləri göstərən "Azeronline", "Azedunet", "Smart", "Avirtel" və s. kimi özəl şirkətlərin də işlərində heç bir kəsintinin olmaması bir daha sübut edir ki, sensasiya xatirinə yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Aztelekom.net" internet provayderin xidmət göstərdiyi digər ərazilərdə də hal-hazırda heç bir texniki problem yoxdur.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...