Dünən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir qrup vətəndaşı qəbul edərək onların şikayətlərini dinləyib. SİA-nın xəbərinə görə, 30-dək vətəndaşı tək-tək qəbul edən F.Ələkbərov onların ünvanlı dövlət sosial yardımlarının, əlillik qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı şikayətləri ilə tanış olub.
Nazirliyin müvafiq şöbələrinin mütəxəssislərinin də iştirak etdiyi görşdə nəticədə araşdırmalar nəticəsində ayrı-ayrı şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi də aydın olub. Bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında diqqətsizlik, səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsindən irəli gəldiyi müəyyən edilib. Görüşdə əsassız şikayət ərizələri ilə yanaşı, bir sıra əsaslı şikayətlər də üzə çıxarılıb. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir eyni zamanda, vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturlar və onların əməkdaşları haqqında tədbirlər görülməsi barədə tapşırıq verib. F.Ələkbərov bəzən sosial cəhətdən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik belə həmin vətəndaşlarda narazılığa, onların müxtəlif instansiyalara şikayət ərizələri yazmasına səbəb olur və bu səbəbdən də strukturlara hər bir vətəndaş müraciətinə diqqət və qayğı ilə, həssaslıqla yanaşılması tapşırılıb. Nazir ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edən bəzi əmək qabiliyyətli insanların işlə təmin olunması və birdəfəlik ünvanlı sosial yardım - "Özünüdəstək" proqramına cəlb edilməsi üçün aidiyyəti strukturlara tapşırıqlar verib. Görüşün davamında F.Ələkbərov nazirlik əməkdaşlarına və yerlərdəki müvafiq şöbələrin rəhbərlərinə xəbərdarlıq edib: "Bu müraciətlərin bir çoxuna yerlərdə baxmaq və həll etmək mümkündür. O zaman müraciətər niyə yerlərdə həll edilmir? Mən bir daha xəbərdarlıq edirəm ki, işinizə məsuliyyətlə yanaşın. Əks halda, müvafiq ölçü götürüləcək və belə məsuliyyətsiz işçilər işdən çıxarılacaq". Nazir vətəndaşların bir çoxunun şikayətçilərinin araşdırılması, qısa zaman çərçivəsində həll edilməsi, müvafiq mərkəzlərdə lazımi işlərin görülməsi ilə bağlı xüsusi tapşırıqlarını verib. Görüşün sonunda mənzilin və avtomobilin açarları, sənədləri vətəndaşalra təqdim olunub.
Qeyd edək ki, ötən il əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və nazirliyin digər məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Şabran, Gəncə və digər bölgələrdə olaraq, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 560-dan çox vətəndaşı qəbul ediblər. Nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin də iştirakı ilə aparılan qəbul proseslərində şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Vətəndaşların yaşadıqları bölgədə qəbulu və müraciətlərinin araşdırılması işləri davam etdiriləcək.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...