"Azərbaycan böyük turizm potensialına malikdir. Bu baxımdan, Şahdağ turizm kompleksi də bu sahənin inkişafında xüsusi yer tutur". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkəmizdə turizmin inkişafı ilə əlaqədar mükəmməl hüquqi baza mövcuddur. Onun sözlərinə görə, zərurət yarandıqca parlament tərəfindən müvafiq qanunvericiliyə dəyişikliklər edilir.
"Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb. Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir. Turizm sahəsi Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən mühüm istiqamətlərdən biridir və iqtisadiyyatımıza əlavə gəlirlərin daxil olması baxımından həlledici rol oynayır"- deyə komitə sədri vurğulayıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...