2012-ci ilin yanvar ayında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 242,5 milyon manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,6% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar ayında əsas kapitala yönəldilmiş xarici vəsaitin 211,6 milyon manatı (87,3 faizi) Böyük Britaniya (ümumi çəkidə 41,1%), ABŞ (26,3%), Yaponiya (9,9%), Norveç (5,6%), Türkiyə (4,4%) investorlarına məxsusdur. İnvestisiyaların qalan 12,7%-i isə Fransa (3,8%), İtaliya (0,01) və beynəlxalq maliyyə təşkilatı - Dünya Bankı (6,8%), Asiya İnkişaf Bankı (2,1%) tərəfindən qoyulub.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...