PDF Oxu

İqtisadiyyat

  • 13

Biləsuvar Rayon İcra Hakimiyyəti “Azadlıq” qəzetindən təkzib verməsini tələb edir

Biləsuvar Rayon İcra Hakimiyyəti “Azadlıq” qəzetindən təkzib verməsini tələb edir

21 fevral 2012-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. SİA-nın rayon icra hakimiyyətinə istinadən verdiyi məlumata görə, tədbirdə 2011-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Yığıncağın gedişində istər məruzədə, istərsə də çıxışlarda işdə yol verilmiş nöqsanlar, onları yaradan səbəblər, problemlər ciddi şəkildə araşdırılıb, onların həlli yolları ilə bağlı konstruktiv təkliflər, fikirlər səsləndirilib, bir sözlə içlasda yüksək demokratik ab-hava movcud olub, yığıncaq təndiq və özünütənqid şəraitində keçib.

Yığıncağa kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunub və keçirilmiş tədbir mətbuat və televiziya vasitəsi ilə geniş şəkildə işıqlandırılıb. "Azadlıq" qəzeti yığıncağın işində iştirak etməsə də 23 fevral 2012-ci il tarixli sayında yığıncağın gedişini qalmaqallı bir hadisə kimi dərc edib. Bu yazı qəzetin həmin nömrəsində və qəzetin internet saytında yer alıb. Lakin "Azadlıq" qəzeti özünün 24 fevral 2012-ci il tarixli sayında heç bir məntiqə, sağlam düşüncəyə və etik normalara sığmayan şəkildə "İcra başçısı "Azadlq"ın satışına qadağa qoyub" başlıqlı növbəti bir yazı dərc edib. Həmin yazıda bildirilir ki, guya Biləsuvar rayonunda Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "Azadlıq" qəzetinin satışına qadağa qoyulub və həmin yazının "Azadlıq" qəzetinə ötürülməsi mənbəyi axtarılıb.

Rayon İcra Hakimiyyətinin başçısı məsələyə münasibət bildirərək təəssüf hissi ilə qeyd edib ki, belə bir fikirin absurd olmasını dərk etmək üçün dərin düşüncəyə ehtiyac yoxdur: "Belə ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişafı şəraitində Biləsuvar rayonunda da yüzlərlə internet istifadəçisinin istənilən qəzetin və digər kütləvi informasiya vasitələrinin saytlarına daxil olaraq məlumat əldə etmək imkanları olduğu halda "Azadlıq" qəzetinin rayonda yayılmaq üçün göndərilən 10-15 nüsxəsinin satışdan çıxarılmasına cəhd göstərmək heç bir normal düşüncəyə sığmır. Eləcə də 250 nəfərdən artıq iştirakçısı olan hesabat yığıncağında deyilmiş fikirlərin, tənqidlərin hər hansı bir kütləvi informasiya vasitəsinə necə ötürülməsi ilə bağlı mənbə axtarılmasına cəhd göstərilməsi barədə "Azadlıq" qəzetində məqalədəki fikirlər həm bəsit, heç bir sağlam düşüncəyə sığmayan, qərəzli fikirlərdir. Bütün bu məsələlərlə bağlı bir daha öz təəssüf hissimi bildirirəm və redaksiyadan "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanuna və jurnalist etikasına uyğun olaraq təkzib verilməsini tələb edirəm".

Digər xəbərlər