Bu günlərdə sovet dövründən qalan əmanətlərin əhaliyə qaytarılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı Fərman ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilib. Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov bildirib ki, əmanətlərin qaytarılması ilə bağlı Prezidentin verdiyi Fərman vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına hesablanıb və bunu son illər Azərbaycanda həyata keçirilən ən əhəmiyyətli sosial layihələr kimi qpiymətləndirmək olar. V.Əhmədovun sözlərinə görə, Azərbaycan sürətlə inkişaf etməklə yanaşı, əhalinin də sosial-rifahı yaxşılaşır: "Azərbaycan dövləti öz vətəndaşlarına böyük diqqət və qayğı ilə yanaşır, onların sosial rifahının yaxşılaşdırılmasına çalışır. Həmçinin, digər bir tərəfdən əmanətlərin qaytarılmasının dövlət büdcəsi tərəfindən həyata keçirilməsi isə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və gücünün yüksəldiyini təsdiqləyir".
Millət vəkili, həmçinin, qeyd edib ki, martın 16-da parlamentin plenar iclasında bu məsələ ilə bağlı müzakirələrdə əlaqəli şəkildə komissiya yaradılması, qanun layihəsi hazırlanması və qarşıdakı dövrdə bu məsələyə aydınlıq gətirilməsi qərarına gəlindi: "Eyni zamanda, bu fikir də səsləndi ki, sözügedən qanunun hazırlanması və tətbiqi üçün ciddi problem yoxdur. Hər halda, növbəti ildə bunu gözləyək. Çünki artıq bu məsələ ilə bağlı hökumətin mövqeyi ifadə olunub".
Əmanətlərin qaytarılması prosesinə də aydınlıq gətirən millət vəkili bu istiqamətdə bütün aidiyyəti dövlət qurumlarının birləşdiyi komissiyanın fəaliyyət göstərəcəyini söylədi. Əgər əmanətlərin qaytarılması zamanı hər hansı bir sual ortaya çıxarsa, o zaman həmin məsələləri komissiya həll edəcək: "Yaradılacaq komissiyanın tərkibinə müxtəlif dövlət orqanlarının nümayəndələri daxil ediləcək. Mübahisə doğuran hər hansı bir məsələ olduqda, əlbəttə ki, komissiya tərəfindən xüsusi ekspertlər cəlb oluna bilər və s. İnanıram ki, bu proses uğurla həyata keçiriləcək. Əmanətçilərə isə demək istəyirəm ki, narahat olmasınlar, bütün işlər Kapitalbank və eləcə də, dövlət qurumlarının nümayəndələri tərəfindən lazımi şəkildə təşkil olunacaq, proses lazımi qaydada həyata keçiriləcək".
Aytən Səmədova
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...