Azərbaycan respublikası Nazirlər Kabineti, Həmkarlar İttifaqı Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası birgə martın 6-sı 2012-ci il tarixində 58 saylı qərar qəbul edib. Belə ki, bütün sosial-iqtisadi məsələlər, əmək tənzimlənməsi üzrə 2012-2013-cü illərdə razılaşdırılmış siyasətin aparılması nəzərdə tutulub. Bunu Səstv-yə açıqlaçasında Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Çingiz Tağıyev bildirib. Onun sözlərinə görə, bu üçtərəfli sazişdir və hər tərəf öz üzərinə öhdəliklər götürür: "Bu öhdəlik isə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və Mərkəzi Bankın (MB) səlahiyyətindədir. Hazırda ölkədə (torpaq ayırmaları və s. üzrə) kreditlərin verilməsi məsələsi icra olunur. Bilirsiniz ki, bizim əhalinin bir hissəsi İkinci Dünya, Qarabağ müharibəsi əlilləridir. Hər il onlara Əmək Nazirliyinin köməkliyi ilə evlər tikilir, paylanılır. Əhalinin digər hissəsi isə evləri yalnız və yalnız kredit yolla əldə edə bilərlər".
Şöbə müdiri hesab edir ki, burada əsas güc Azərbaycan dövlətinin üzərinə düşür. Məhz buna görə də İpoteka fondunun yaradılması ilə büdcədən 20 milyon manat vəsait ayrılıb. Bu tam rəqəm deyil. Ona görə ki, artıq bu 2 ay ərzində ümumi İpotekaya 8 milyon manat vəsait paylanılıb və 12 min manat isə xərclənilib. 2006-2012-ci illərdə 353-355 milyon manat məbləğində ipoteka formasında əhaliyə kreditlər verilib. Bununla belə kreditlər verilərkən onların qaytarılması da nəzərdə tutulur. Əlbəttə ki, adi ipoteka sosial ipotekadan fərqlənir. Sosial ipoteka birinci növbədə aztəminatlı ailələrə, insanlara, gənc ailələrə şamil olunur".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...