Azərbaycanda pensiyalar əvvəllər olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" vasitəsilə ödəniləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
"Tenderdə bütün kredit təşkilatları iştirak edə bilərdi, lakin təəssüf ki, yalnız beş bank maraq göstərdi. Bunlar ABB, "Kapital Bank", "Texnikabank", "Xalq Bank" və "Dəmirbank"dır", - Müslümov deyib.
"Xalq Bank"ın tenderdə iştirak ərizəsini təqdim etməsinə və tender şərtlərini əldə etməsinə baxmayaraq, yekunda bank təkliflərini təqdim etmədi. "Dəmirbank"ın özünün prosessinq mərkəzi yoxdur ki, bu da tenderin şərtlərindən biridir. Nəticədə tender prosesində üç bank iştirak etdi", - Fond sədri qeyd edib. 69 lotdan 22-si üzrə yalnız iki bank (AMB və "Kapital Bank") iştirak edib. Halbuki tenderin şərtlərinə əsasən, ən azı, üç namizəd olmalıdır. Bununla əlaqədar DSMF təkliflər sorğusu yolu ilə bu prosesin tezliklə başa çatdırılması üçün müvafiq orqanlara müraciət edib.
"Qalan 47 lot üzrə qaliblər artıq məlumdur və ola bilsin ki, onlar bu gün elan edilsin. İlkin məlumatlara əsasən, iki lot üzrə ən aşağı qiymət "Texnikabank" tərəfindən təklif edilib, qalan 45 lot üzrə ABB və "Kapital Bank" tərəfindən irəli sürülüb. "Texnikabank"ın indiki vəziyyətini nəzərə alaraq, biz Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etdik və aldığımız cavabdan çıxış edərək, problemlərdən yan keçməklə çox güman ki, bu iki lotu mövcud lotlar üzrə ikinci yeri tutan banklara verəcəyik. Bu gün DSMF pensiyaların verilməsi zamanı hər hansısa riskə gedə bilməz", - Səlim Müslümov vurğulayıb. Onun sözlərinə görə, tender 1,18 milyon pensiyaçının maraqlarını əhatə edir.
"Yaxın vaxtlarda DSMF-nin Naxçıvan şöbəsi sərbəst tender keçirəcək. Tender Naxçıvan Muxtar Respublikasında yaşayan 50 min pensiyaçını əhatə edəcək", - Səlim Müslümov bildirib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...