PDF Oxu

İqtisadiyyat

  • 13

“Azərbaycan iqtisadiyyatına xarici investisiyaların orta illik artımı 18 faiz təşkil edəcək”

“Azərbaycan iqtisadiyyatına xarici investisiyaların orta illik artımı 18 faiz təşkil edəcək”

2012-ci ildə Azərbaycanda əsas kapitala investisiyalar 9,7 faiz artaraq 17,1 milyard dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən sənaye parkları üzrə regional konfransda Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib. 2015-ci ildə bütün mənbələr hesabına kapital qoyuluşlarının 62,5 milyard dollar səviyyəsində olması gözlənilir.

"Xarici investisiyalar hesabına kapital qoyuluşlarının ümumi həcmindən bu il 5,1 milyard dollar təmin ediləcək və bu rəqəm 2015-ci ildə 22,8 milyard dollara çatacaq", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı, xarici investisiyaların orta illik artımı 18 faiz təşkil edəcək.

Niyazi Səfərovun sözlərinə əsasən, 2012-ci ildə iqtisadiyyatın artım tempinin 5,7 faiz səviyyəsində olması gözlənilir. Azərbaycan ÜDM-in nominal həcminin 55 milyard dollar səviyyəsində olacağı planlaşdırılır. 2015-ci ildə ölkədə iqtisadi artım orta hesabla 6,3 faiz səviyyəsində olacaq. 2012-ci ildə adambaşına düşən ÜDM-in 6 min dollardan çox olması proqnozlaşdırılır, 2015-ci ildə bu rəqəm 7,5 min dolları ötəcək. Son 10 ildə Azərbaycan ÜDM-i 3,6 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 16 faiz çoxalıb. Azərbaycanın müstəqillik əldə etməsindən etibarən ümumilikdə respublika iqtisadiyyatına təqribən 100 milyard dollar investisiya qoyulub.

Digər xəbərlər