Hazırda Avropanın hər bir nöqtəsindən minlərlə insan Azərbaycana axışır, "Eurovision" musiqi yarışmasına gələn xaricilərin ilk təəssüratı ölkəmizlə bağlı bu cür olur. Azərbaycan neft ölkəsi kimi inkişaf etsə də, iqtisadi və sosial həyatın bütün sahələrindəki dinamika, modernləşdirmə epoxiyası, yüksək sivilizasiya ənənələrinin formalaşması və inkişafı, humantiar aksiyaların ənənə halını alması bu ölkənin hərtərəfli, dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Azərbaycan dünyanın zəngin humanitar mərkəzi, sivilizasiya məkanı hesab olunur.
Bu günlərdə "Azadlıq" radiosunun əməkdaşı Oleq Kusovun obyektiv və əsil reallığı əks etdirən bir reportajı ölkəmizlə bağlı mənzərənin bir çox cizgilərini nəzərə çarpdırdı. Jurnalist müstəqil Azərbaycanın Avropa arenasında özünü ancaq neft ölkəsi kimi deyil, həqiqətən də, zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini xatırladır və bildirir ki, ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsil Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar dern üslubları tətbiq olunur. Binaların fasadı üzlük daşlarla üzlənir, pəncərələr yenilənir, eyvanlar milli ornamentə uyğun quraşdırılır. Həmçinin, binaların girişinə dəmir-seyf qapılar qoyulur. Binaların qarşısındakı piyada səkiləri isə metlax və qəmbər daşlarla döşənir. Görülən işlər nəticəsində paytaxtdakı bir əsrə yaxın yaşı olan binalar tarixiliyini saxlamaqla, müasir şəkildə abadlaşdırılır. Bir sözlə, quruculuq və abadlıq işləri paytaxtın hüsnünə zəngin çalarların əlavəsi kimi dəyərləndirilə bilər. Azərbaycan, xüsusilə də. paytaxt Bakı mükəmməl panoramı ilə ölkə vətəndaşlarını və turistlərin zövqünü oxşayır.
"Səs" Analitik qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...