PDF Oxu

İqtisadiyyat

  • 48

Modernizasiyanın hədəfləri: qeyri-neft iqtisadiyyatının yüksəlişi

Modernizasiyanın hədəfləri: qeyri-neft iqtisadiyyatının yüksəlişi

2012-ci ilin birinci yarısı Azərbaycan iqtisadiyyatında bir çox sahələrdə artımın baş verməsi ilə müşayiət olunub. İlk altı ay ərzində ümumi daxilin artımı daha çox qeyri-neft sektorunun inkişafı hesabına baş verib. Ötən dövrdə qeyri-neft sektorunun artımı 10 faiz təşkil edib. Prezident İlham Əliyev qeyri-neft sektorundakı artımı yüksək qiymətləndirib və artıq iqtisadiyyatın neftdən kənar sahələr üzrə inkişafınln təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı Nazirlər Kabinetinin 2012-ci ilin ilk altı ayının sosial-iqtisadi inkişaf göstəricilərinin yekununa həsr olunmuş iclasında bildirib ki, bizim iqtisadiyyatımızın gələcək yüksək inkışafı qeyri-neft sektoru ilə bağlı olacaq.

Hazırda qeyri-neft sektorundakı dinamika onu göstərir ki, neftdən kənar sahələrin inkışafında iqtisadiyyatın struktur baxımından daha təkmilləşməsi, idarəetmə texnologiyalarının innovativ frazaya keçməsi mühüm rol oynayır. Eyni zamanda, qeyri-neft sektorunun inkişaf platforması birbaşa proqressiyaya dərin baza yaradan milli inkişaf doktrinası ilə bağlıdır. Son 3 ildə qeyri-neft bölmələrindəki temp onu göstərir ki, bu sahədə dinamikanın təmin olunmasında çoxsaxəli islahatlar həlledici rol oynayıb, nəticədə, yeni intibah dövrü başlayib. Bu dövr, təbii ki, sürətli inkişafın yeni milli model üzrə davamlılığının ən kreativ və sürətli fazaya qədəm qoyduğu dövr kimi səciyyələndirilə bilər.

Qeyd etdiyimiz kimi, qeyri-neft iqtisadiyyatı ölkəmizin milli iqtisadi inkişaf modeli vahid iqtisadi siyasət strategiyasının fundamental prinsiplərinə əsaslanır. Azərbaycanın iqtisadi modeli sosialyönümlü olmaqla, pozitiv iqtisadi və investisiyatutumlu mahiyyətinə görə fərqlənir. Respublikamız tamamilə modern, heç bir ölkənin inkişaf konsepsiyasını təkrarlamayan, özənəməxsus inkişaf yollarını və metodlarını birləşdirən, milli mənafeləri daha üstün tutan, dövlət-vətəndaş münasibətlərinin ən yüksək formada inkişafını tənzimləyən, sosial tərəqqini və yüksək rifahı təmin edən, öz spesifikliyi ilə fərqlənən milli iqtisadi modelin sahibidir.

Cənab İlham Əliyev Azərbaycanda milli ideya platformasını ən dərin təməllər üzərində inkişaf etdirərək, ölkənin sosial-iqtisadi, siyasi-hüquqi proqressiyasını yüksək xətt üzrə irəliləyişini sürətləndirib. Onun ən yeni tarixin qlobal təsirlər və regional proseslər məcrasında mahir və peşəkar siyasi lider kimi çevik qərarları ölkəmizin milli ideoloji bazisini gücləndirib. Azərbaycanın milli ideoloji konstruksiyasının əsas şaxələri milli inkişafın çoxvektorlu trayektoriyalarını müəyyən edir, güclü vətəndaş cəmiyyətinin inkişafına impuls verir, milli həmrəylik və sıx vətəndaş birliyini möhkəmləndirir, sosial bərabərliyin alt qatlarına güclü baza yaradır, eyni zamanda, zəngin gələcəyin və tərəqqinin konturlarının müəyyənləşməsində bilvasitə töhfəverici komponentə çevrilir.

Hazırda qeyri-neft iqtisadiyyatının dərin qatlarına əsaslanan milli meyarlar üzrə regional və rasional inkişaf istiqamətləri müəyyənləşib. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı yeni iqtisadi çağırışların astanasındadır və makroiqtisadi və makrososial intibah transformasiyasın realizəsi üçün çoxsistemli reformalara hazırlaşır. Yeni iqtisadi mühitin reallıqları və meydana çıxardığı meyarlar tam modernləşmə formulunun parametrlərini əks etdirməklə inkişaf düsturunun xarakterik cizgiləri innovativ-kreativ iqtisadiyyat quruculuğununu özündə ehtiv edir. Təbii ki, bu meyar və hədəflər həm də qeyri-neft iqtisadiyatının əsas konseptləridir.

Qeyri-neft iqtisadiyyatınin başlıca milli konsepləri nədən ibarətdir?

İlk növbədə, ümumi daxili məhsulun artımının qeyri-neft-qaz sektorunun davamlı və sıçrayışlı inkişafı hesabına təmin etmək, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsini genişləndirmək, ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsinə nail olmaq əsas fundamental trendlər və yeni onilliyin zərrui çağırışları, iqtisadi qanunauyğunluqların başlıca meyarlarıdır.

Qeyri-neft iqtisadiyyatında əsas ağırlıq nöqtəsi, təbii ki, regionların üzərinə düşür. Məlum olduğu kimi Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi ilə bu məqsədlərə nail olmaqdadır. Dövlət başçısı bu strategiyanı davam etdirmək və 2013-cü ildən sonrakı dövrdə daha yeni regional inkişaf proqramının həyata keçirilməsini zəruri hesab edir. Əsas hədəflər regionlarda tamamilə yeni meyarlara əsaslanan müəssisələrin yaradılması, strateji müəssisələrin texnolji dəyişikliklərə, qlobal çağırışlara, uyğun qurulması, milli istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyaların əhatə dairəsinin daha da genişləndirilməsidir. Ana prioritetlər rayonların iqtisadi potensialının səfərbər edilərək, tam hərəkətə gətirilməsindən ibarət olacaq, regionların iqtisadi sərvətlərinin qeyri-neft sektorunun əsas bazaları kimi dövriyyəyə cəlb olunması başlıca istiqamətlər təşkil edəcək.

Bütün bu iqtisadi siyasət qarşıdakı 10 ildə adambaşına düşən ümumi daxili məhsulun məbləğinin ən azı 2 dəfə artırılmasına baza yaradacaq. Hazırda 55 milyardlıq ÜDM istehsal edən Azərbaycanda milli məhsul istehsalını 100 milyard dollara çatdırmaq üçün zəngin potensial, iqtisadi resurslar, innovativ elmi-biliklərə əsaslanan qeyri-neft iqtisadiyyatının bazası vardır. Qeyd etdiyimiz kimi, Azərbaycan hökumətinin iqtisadi hədəflərinin başlıca komponentlərindən biri neft sektorundan asılılığının azaldılması və yaxın 10 il ərzində qeyri-neft iqtisadiyyatının dominantlığını təmin etməkdən ibarətdir. Son bir ildə qeyri-neft bölməsində intensiv inkişaf dinamikasının müşahidə olunması, neft sektoru ilə müqayisədə artım tempinin 2,5 dəfə çox olması bu sahədə proqressiv tendensiyanı möhkəmləndirir.

Hazırda ümumi daxili məhsulun strukturunda neft sektorunun çəkisinin azalması, qeyri-neft sektorunun payının artması meyili açıq şəkildə müşahidə olunmaqdadır. Hazırda qeyri-neft sektorunun ÜDƏ-də payı təxminən 45 faizə bərabərdir. Yaxın 4 ildə bu sektorun illik 8-9 faiz artımı proqnozlaşdırılır. 2012-ci ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin edilməsi nəzərdə tutulur (illik 9 faiz artım), sonrakı 3 il üzrə isə 8,5 faiz artım gözlənilir. 2015-ci ildə qeyri- neft sektorunun ÜDM-də payının təxminən 61,3 faizə bərabər olacağı proqnozlaşdırılır. Proqnozlara görə, qeyri-neft sektorunda illik artım fonunda həmin sahədən daxil olan vergilərin həcmi də əhəmiyyətli dərəcədə yüksələcək.

Qeyri-neft sektorunun valyuta gtirən əsas baza sütunları innovativ modellər kimi sənaye parklarının, texnoparkların yaradılmasından ibarədir. Bu modellər ölkədəki mövcud və yeni biliklərin, ixtiraların texnologiyalara və texnologiyaların kommersiya məhsuluna çevrilməsi nə səbəb olur, elmtutumlu müəssisələr vasitəsilə texnologiyaların sənaye sferasına ötürülməsinə, biznes sahəsində müəssisələrin dəstəklənməsinə, sənayenin strukturunun yenidən qurulmasına, regional qeyri-bərabər inkişaf səviyyəsinin azalmasına, məşğulluq probleminin həllinə, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqinə gətirib çıxarır. Dünya təcrübəsi göstərir ki, sənaye parkları ayrıca bir ərazidə fəaliyyət göstərməsinə və texnokrat idarəçilik vasitəsilə ixtisaslaşmış güclü sənaye rayonuna çevrilməsinə baxmayaraq, ümumilikdə, ölkənin iqtisadi inkişafının sürətlənməsinə və böyük həcmli valyuta gətirmək imkanlarına malikdir.


"Səs" Analitik Qrupu

Digər xəbərlər