PDF Oxu

İqtisadiyyat

  • 60

Sahibkarlığın inkişafı prioritet məsələdir

Azərbaycan biznes mühiti və sahibkarlıq fəaliyyəti baxımından, ən əlverişli ölkələrdəndir

Sahibkarlığın inkişafı prioritet məsələdir

Ölkədə milli sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifahının getdikcə yüksəlməsi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın prioritet istiqamətlərindəndir. Son 4 il ərzində bununla bağlı çox mühüm, məqsədyönlü işlər görülüb, müvafiq Dövlət Proqramının icrası, uğurla həyata keçirilib. Dövlət və cəmiyyət səviyyəsinə mütərəqqi sahibkarlıq, işgüzar fəalıiyyət, biznes innovasiyası təşəbbüslərinin fəal şəkildə dəstəklənməsi, maddi-mənəvi rifahın artmasını şərtləndirən effektiv iqtisadi fəallığın stimullaşdırılması, bu istiqamətdə həyata keçirilən adekvat tədbirlər növbəti – 2013-cü müvafiq proqramın icrasının müvəffəqiyyətlə yekunlaşacağını, burada qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunacağını söyləməyə əsas verir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, son illər, xüsusən 2012-ci ildə Azərbaycanın biznes, sahibkarlıq mühitinin genişləndirilməsi, inkişaf etdirilməsi sahəsində nailiyyətləri kifayət qədər müsbət və təqdirəlayiqdir: "Biznes mühitinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş vermişdir. Bu il biznes proqramında Azərbaycan yüksək səviyyədədir. Ancaq hesab edirəm ki, daha da yüksək pilləyə qalxmaq üçün imkanlar vardır. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılacaq yeni addımlar, əminəm ki, bu il biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaqdır. Yəni, məsələ onda deyildir ki, biz reytinqlərdə lap yüksək pillədəyik, - baxmayaraq ki, bu da vacibdir, - əsas məsələ konkret, real işlərin görülməsi, biznes iqliminin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün əlavə tədbirlərin görülməsidir".

Ölkəmizin qeyri-neft sektorunda rəqabətə davamlılıq qabiliyyətinin getdikcə artması, ən yüksək standartlara cavab verən müxtəlif çeşidli məhsulların istehsalı və ixracının əhəmiyyətli dərəcədə genişlənməsi sağlam biznes mühitinə, azad sahibkarlığa yüksək diqqət, qayğı və himayənin nəticəsidir. Bütün bunlar Azərbaycanda işgüzar fəaliyyət mühitinə böyük etimadı, rəğbəti bir qədər də möhkəmləndirir, ölkəmizi investisiya, müasir tələblərə uyğun istehsal, xidmət fəaliyyəti baxımından, həm yerli, həm də xarici sahibkarlar, iş adamları daha arzuolunan, cəlbedici edir. Məhz bu səbəbdəndir ki, ölkəmiz biznes mühiti reytingində çox sürətlə irəliləyir, biznes, azad sahibkarlıq fəaliyyəti baxımından, müsbət göstəricilərinə görə, getdikcə daha çox ölkələri qabaqlayır. Sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənən bu inkişaf xətti Azərbaycanı regionun lider dövlətinə çevirib və ölkəmizin dünya miqyasında nüfuzu getdikcə əhəmiyyətli dərəcədə güclənməkdədir. Enerji sektorundan əldə edilən gəlirlərdən səmərəli istifadə - yeni neft strategiyasının uğurla həyata keçirilməsi, ölkəyə xarici investisiya axınının sürətlənməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, regionların davamlı və sürətli tərəqqisi bu istiqamətdə əldə olunan ciddi nailiyyətlə hesab edilə bilər.

Bəlli olduğu kimi, ölkəmizdə milli sahibkarlığın inkişafına xüsusi önəm verilir, qanunlar çərşivəsində biznes fəaliyyətini qurmaq, sahihkarlıqla məşul olmaq istəyən fiziki və hüquqi dövlət səviyyəsində himayə olunur, onlara güzəştli şərtlərlə böyük həcmdə təminatlı maliyyə kreditləri ayrılır. Bu baxımdan, sahibkarlığa dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsalın genişləndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı görülən kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir. Ötən müddət ərzində kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyisiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" qanunlar qəbul edilib, sahibkarlığın və biznez fəaliyyətinin normative-hüquqi bazası əhəmiyyətli dərəcədə möhkəmləndirlib. Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır, iqtisadi fəallığın artmasına sahibkarlıq fəaliyyətinin güclənməsinə səbəb olur. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, güzəştli şərtlərlə yanacaq və motor yağları verilməsi də sahibkarlığa göstərilən əyani nümunəsi sayıla bilər. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, sahibkarlıq fəaliyyətində dövlət müəssisələrinə və özəl şirkətlərə hər hansı fərq, məhdudiyyət qoyulmur: "Özəl sektora diqqət yüksək səviyyədədir. Hər il sahibkarlarla və yerli icra orqanlarının nümayəndələri ilə geniş müşavirə keçirilir. Hər il sahibkarlara həm siyasi, həm də iqtisadi dəstək verilir və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə yüz milyonlarla ölçülən kreditlər verilir, bu kreditlər işləyir. Yəni bu, bizim özəl sektora konkret münasibətimizdir. Bir daha demək istəyirəm ki, şəxsən mənim üçün Azərbaycanın dövlət və özəl şirkətləri arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətləridir, hər ikisində Azərbaycan vətəndaşları işləyir və maaş alır, biz hər ikisini də dəstəkləməliyik. Ona görə biznes mühitinin yaxşılaşdırılması daimi prosesdir. Biz yeni yanaşmaları tətbiq etməklə bu sahədə daha da böyük nəticələrə çata bilərik".

Ümumilikdə, 2012-ci ildə Azərbaycan iqtisadiyyatına yönələn investisiyaların ümumi həcmi 20 milyard dollar həcmində qiymətləndirilir ki, bunun da 7 milyard manatı bilvasitə dövlət investisiyalarıdır. Eyni zamanda, 2012-2013-cü illər ərzində regionların sosial-iqtisadi inkişafına ayrılan vəsaitlərin həcminin davamlı şəkildə artırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlığa əlavə dəstək, orta təbəqənin möhkəmlənməsi, genişlənməsi üçün yeni stimul deməkdir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər