PDF Oxu

İqtisadiyyat

  • 28

İqtisadiyyatın əsasını bank və vergi siyasəti təşkil edir

Ekspertlər bank və vergi siyasətinin düzgün tənzimləndiyini qeyd edirlər

İqtisadiyyatın əsasını bank və vergi siyasəti təşkil edir

Bank sistemi Azərbaycan maliyyə sisteminin mühüm elementidir. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir. Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan ikipilləli bank sistemi fəaliyyət göstərir. Birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları fəaliyyət göstərir. İqtisadiyyatın əsas özülü olan bank sistemində geniş islahatlar keçirilmişdir. Beləliklə, kapitalla bağlı son dərəcədə liberal şərtlər müəyyən olunub və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edilir.

Bu stratergiyanın əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz trasformasiyası əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılmasına xidmət edir. Bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçiliyi funksiyası inkişaf etdirilir. Bankların əsas prinsiplərindən biri də bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edir. Qəzetimizə açıqlama verən Vüqar Bayramlı bildirdi ki, müəyyən edilmiş strateji hədəflərə nail olunması üçün bank fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırılmasına çalışmaq lazımdır. Belə ki, Azərbaycanın bank siyasətini Mərkəzi Bank həyata keçirir. Mərkəzi bank hələlik inzibati vasitələrlə bank sistemini tənzimlənməsini həyata keçirir. Mərkəzi Bankın belə addım atmasına səbəb bankların indiki halda təmərküzləşməsinə nail olmaqdır. Lakin Mərkəzi Bank üstqurum olmasına baxmayaraq, bankların fəaliyyətinə müdaxilə etmək hüququna malik deyil. Mərkəzi Bank xüsusi xarakterlidir, eyni zamanda, inzibati qərarlar qəbul edir. Məcəllə siyasətində maaşların müəyyənləşdirilməsi, bu siyasətinin mərkəzi bank tərəfindən tənzimlənməsi, maddi dəyərin qorunub saxlanmasına imkan yaradır. Mərkəzi Bankın verdiyi qərar 2014- cü il yanvarın 1-də,başlanacaq, bankların sayı azalacaqdır. Bu zaman məqsədə uyğundur ki, Mərkəzi Bank bank sektorunun liberallaşması ilə bağlı qərar qəbul edilsin. Belə ki, 2010-cu ildə bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a çatmışdır. Bundan başqa dünyanın nüfuzlu maliyyə qurumlarının 3 nümayəndəliyinin ölkə daxilində fəaliyyətinə icazə verilmişdir ki, bu da dünyanın ən qabaqcıl bankçılıq texnologiyalarının Azərbaycanda tətbiq olunmasına imkan verəcəkdir.

İqtisadiyyatın təməl prinsiplərindən biri də vergidir. Vergi islahatları isə həyata keçirilərkən dövlət xərclərinin maliyyələşdirilməsi perspektivləri barədə məsələnin həlli mühüm əhəmiyyət kəsb edir. Respublikamızda vergi siyasəti bir sıra prinsiplər nəzərə alınmaqla həyata keçirir. Həmin prinsiplər bunlardır: vergi sisteminin hüquqi bazasının yaradılması, vergi mədəniyyətinin formalaşdırılması, vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və.s. Vergi siyasətinin həyata keçirilməsi dövləti vergi islahatları aparmağa sövq edən əsas amillərdən biridir. Qısa müddət ərzində ölkənin bu sahədə başlıca qanunvericilik aktının - Vergi Məcəlləsinin qəbul edilməsinə nail olunub. İnkişaf etmiş ölkələrdə hər 5 - 7 ildən bir əsaslı vergi islahatları, hər 2 - 3 ildən bir isə fəaliyyətdə olan vergi normalarının səmərəliliyinin hərtərəfli təhlili aparılır. Ölkədə aparılan vergi islahatlarının əsas məqsədi yeni istehsal -mülkiyyət münasibətləri şəraitində ölkə iqtisadiyyatının bütün sahələrinin potensial imkanlarından istifadənin səmərəliliyini artırmaqdan, sosial-iqtisadi inkişafa şərait yaratmaqdan ibarətdir. Son illər ölkəmizin vergi qanunvericiliyində aparılan dəyişikliklər, sahibkarlarla vergi xidməti əməkdaşları arasında münasibətlərin qarşılıqlı anlaşma əsasında qurulmasına səbəb olmuşdur. Həmçinin, vergi nəzarətinin təkmilləşdirilməsi yolu ilə vergilərin vaxtında və tam həcmdə büdcəyə alınmasının təmin olunması məqsədilə vergi orqanlarının inzibati strukturunda islahatların həyata keçirilməsi də zəruridir. Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun sivil vergi sistemi qurulmaqdadır. Dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud vergi sistemlərinin müqayisəsi, respublikamızda aparılan islahatları, görülən işləri daha dəqiq qiymətləndirməyə əsas verir. Beynəlxalq təcrübə göstərir ki, vergi ödəyicisindən tutulan vergilər onun həcmi gəlirinin 30-40 %-dən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi isə azalır. Bununla əlaqədar olaraq, dövlətin vergi siyasəti vergi yükünün optimal səviyyəsinə nail olmağa yönəldilir. Cari ilin birinci yarısında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoza 116,0 faiz əməl olunmuşdur. Yəni büdcəyə 2969,9 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 405 mln. manat və ya 15,8 faiz çox vəsait daxil olmuşdur. Bu zaman daxilolmaların 57,9 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 221,1 mln. manat və ya 15,7 faiz artmışdır. Bu göstəricilərə nəzər saldıqda, iqtisadiyyatın neftdən asılılığının azalmasının şahidi oluruq. Son dövrlərdə regionlardan vergi daxilolmalarında payı artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə regionlardan daxilolmalar 29,4 mln. manat və ya 14,9 faiz artmışdır. Bir sözlə, 2012-ci ilin birinci yarısında vergi ödəyicilərinin təxminən 72,2 faizi büdcə qarşısındakı vergi öhdəliklərini vaxtında icra etmişlər. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıqıdər. 2012-ci ilin birinci yarısı ərzində vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə əmlaklarının siyahıya alınması barədə 22816 sayda qərar açılmışdır və bunlardan 94,1% borclar ləğv edildiyinə görə bağlanılmışdır. Ölkəmiz son 10 ildə ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində çox ciddi nailiyyətlərə imza atıb. Ölkəmizdə 400 mindən çox vergi ödəyicisi var. Vergi xidməti Azərbaycanda elektron hökumətin qurulması prosesində fəal iştirakçılardan biridir.

Ruqiyyə Cəfərova

Digər xəbərlər