Məlumat verildiyi kimi, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq və kənd təsərrüfatı mallarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcəkdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarmarkalar dekabrın 28-dən 31-dək Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti, Xətai rayonu Bakı kinoteatrının yanı, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi, Nəsimi rayonu "Təzə bazar"ın ərazisi, 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında keçiriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...