Dünya bazarlarında neftin qiyməti artmışdır.Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 1,58 dollar qalxaraq 89,98 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti isə 1,52 dollar bahalaşaraq 110,36 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 0,93 dollar artaraq 113,39 dollara satılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...