PDF Oxu

İqtisadiyyat

  • 48

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi 29 faiz artmışdır

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi 29 faiz artmışdır

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək 20-dən çox sənəd imzalanmışdır. Bu fikirləri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Dubayda keçirilən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında qeyd etmişdir.

Nazir bildirmişdir ki, yüksək səviyyəli siyasi münasibətlər və möhkəm müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın inkişafı üçün olduqca əlverişli zəmin yaradır. Ölkələrimiz arasında ticarət əlaqələri ildən-ilə genişlənir, ticarət dövriyyəsi 2010-cu illə müqayisədə ötən il 52 faiz, bu ilin yanvar-oktyabr aylarında isə 29 faiz artmışdır.

Nazir demişdir: "Hazırda Azərbaycanda BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir və bu şirkətlər tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 260 milyon ABŞ dollarından çox birbaşa investisiyalar yatırılmışdır. Azərbaycan şirkətləri də BƏƏ-də uğurla fəaliyyət göstərirlər. "SOCAR TRADİNG S.A" şirkəti tərəfindən "SOCAR Aurora Fujairah Terminal FZE" terminalı tikilməkdədir və indiyədək terminalın tikintisinə 33 milyon ABŞ dolları yatırılmışdır.

AzərTAc

Digər xəbərlər