Atəşkəsin tez-tez pozulduğu cəbhə bölgəsində enerji təchizatının dayanıqlığına xüsusi diqqət yetirilir. "Füzuli" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi tərəfindən bu istiqamətdə işlər layiqincə yerinə yetirilir.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, kəndlərdə, yeni salınan qəsəbələrdə istismarın yüksək səviyyədə aparılması diqqətdə saxlanılır. Mövsümi tədbirlər vaxtında və keyfiyyətlə icra olunur. Payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində balansda olan 35/10 kilovoltluq yarımstansiyalarda cari təmir işləri başa çatdırılmışdır. O cümlədən, transformator məntəqələrinə baxış keçirilmiş və bu obyektlərdə də zəruri tədbirlər lazımi şəkildə icra olunmuşdur.
Elektrik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı tədbirlər görülür. Xidməti ərazi üzrə istehlak olunan elektrik enerjisinin uçot sisteminin dəqiq təşkil edilməsi məqsədi ilə sayğaclaşma işləri də əsasən başa çatdırılmışdır. Hazırda Horadizin enerji təchizatı qurulmuşdur. Şəhərin ərazisi tam kabelləşdirilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...