Dekabrın 21-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycanda otlaqların dayanaqlı idarə edilməsi" layihəsinin yekununa həsr olunmuş seminar keçirilmişdir.
Seminarda layihənin əhəmiyyətindən, görülən işlərdən, FAO ilə əməkdaşlığın perspektivlərindən danışılmış, layihənin uğurla başa çatdığı bildirilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycanda 2010-cu ildən həyata keçirilən layihənin məqsədi pilot otlaq sahəsində səthi yaxşılaşdırma tədbirləri həyata keçirməklə sahənin məhsuldarlığını artırmaq, bitki örtüyünü yaxşılaşdırmaq və otlaqlarda baş verən prosesin qarşısını almaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...