Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 275,8 milyon manatlıq kompyuter, elektron və optik məhsullar, elektrik avadanlığı istehsal olunmuşdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron avadanlığın istehsalı 1,8 dəfə artmışdır. Hesabat dövründə 172 güc transformatoru, 5 min məişət soyuducusu istehsal edilmiş, televizorların istehsalı 29,1 faiz artmışdır.
Noyabrın 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 40,8 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...