PDF Oxu

İqtisadiyyat

  • 27

Cari ilin on bir ayında sənaye müəssisələri tərəfindən 31 milyard manatlıq məhsul istehsal olunmuşdur

Cari ilin on bir ayında sənaye müəssisələri tərəfindən 31 milyard manatlıq məhsul istehsal olunmuşdur

Cari ilin ötən on bir ayında Azərbaycanda sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 7,4 faiz artmışdır. Bununla yanaşı, neft sektorunda azalma müşahidə olunmuşdur.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, sənaye məhsulunun 75,7 faizi mədənçıxarma, 18,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

Ölkənin sənaye müəssisələri tərəfindən 31 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

AzərTAc

Digər xəbərlər