Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən cari ilin on bir ayı ərzində 1,5 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə 11,3 faiz artım əldə olunmuşdur.
Ölkədə on bir ayda ötən ilin müvafiq dövrünə nisbətən 18,5 milyard kilovat-saat və ya 7,6 faiz çox elektrik enerjisi istehsal edilmişdir. Bunun da 9,1 faizi su elektrik stansiyalarının, 90,9 faizi istilik elektrik stansiyalarının payına düşür.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində də məhsul istehsalı və xidmətlərin həcmi 2,3 faiz artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...