İlin on bir ayında Azərbaycanda qaz hasilatı 6,3 faiz artmış, neft hasilatı isə 6,8 faiz azalmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvar-noyabr ayları ərzində sənayenin mədənçıxarma bölməsinin əsas məhsulu olan xam neft hasilatı 39,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15,7 milyard kubmetr təşkil etmişdir.
Sahə üzrə on bir ayda istehsalın həcmi 23,5 milyard manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...