Vüqar Bayramlı: "2012 - ci ildə qeyri- neft sektorunda artım 10% təşkil edir"
2012- ci ilin yekunları, qeyri neft sektorunun inkişafı baxımdan uğurlu bir il olmasını demək olar. Çünki 2012 - ci ildə iqtisadiyyata qoyulan 9,3 milyard dollar investisyanın 80%-i qeyri-neft sektorunun payına düşür. Məhz bu baxımdan əhalinin yaşayış durumunun 12 faziə qədər artdığı iqtisadçı-ekspertlər tərəfindən də təsdiq olunur. Qəzetimizə açıqlama verən iqtisadçı Vüqar Bayramlı bildirdi ki, qeyri-neft sektorunda mütəmadi olaraq artımların müşahidə edilməsi və bunun fonunda əhalinin yaşayış durumunun yaxşılaşmasının təməl prinsipində, dövlətin apardığı düzgün məqsədyönümlü siyasət dayanır. Bu isə qeyri-neft sektorundakı ümumi daxili məhsulun payının 50%-i keçməsinə gətirib çıxarıb. Qeyri-neft sektorunun ümumi daxilində məhsuldakı payının artmasının bir sıra səbəbləri var. Belə ki,2010- cu ildən sonra Azərbaycandakı neft hasilatının müəyyən azalmalar müşahidə edildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yekunlarında neftdə 5% azalmalar müşahidə edilir. Neft sektorunda azalmalarla yanaşı, qeyri-neft sektorunda artım müşahidə edilir. 2011- ci ilin yekunlarına görə, qeyri-neft sektorunda 9,4% artım olub. Qeyri-neft sektorundakı artım Azərbaycan iqtisadiyyatının ümumi daxili məhsulun payının artımasına səbəb olur. Eyni zamanda, aqrar sektorun payında artım müşahidə edilir ki, bu da birmənalı şəkildə, ümumi daxili məhsulun strukturunu dəyişməyinə səbəb olur. Eyni zamanda, aqrar sektorun payında artım müşahidə edilir ki, bu da birmənalı şəkildə ümumi daxili məhsulun strukturunu dəyişməyə və qeyri-neft sektorunun payının artmasına səbəb olub. 2012-ci ildə qeyri-neft sektorunun 10%-ə qədər artımın olması proqnozlaşdırılır. Qeyri-neft sektorunda 2012 -ci ildə adambaşına düşən ümumi daxili məhsulun11min dollara qədər yaxınlaşmasına gətirib çıxaracaq. Bu isə adambaşına düşən məhsulun Azərbaycanın regionda lider ölkəyə çevrilməsinə gətirib çıxarır. Azərbaycan MDB məkanında yalnız Rusiyadan geri qalır. Bu isə imkan verir ki, Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri- neft sektorunun təxminən inkişafının ümumi daxili məhsulda artım tempinin qorunub saxlanılmasına gətirib çıxaracaq. 2012-ci ilin yekunlarına ümumi daxili məhsulda 2,5% yaxın artımın olacağına imkan yaradır. Bir sözlə, Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövr ümün dayanıqlı olmasına imkan yaradır. 2012- ci il Azərbaycan iqtisadi baxımından stabil bir il oldu. Azərbaycanda iqtisadiyyatında nəzərdə tutulan layihələrə və məqsədlərə nail olmaq mümkün oldu. Bu baxımdan 2012-ci ilin Azərbaycanın bütün sektorlarında artım tempinə nail olundu. Qeyd edim ki, bu ilin 10 ayında Azərbaycanda qiymət artımı 4,7% olub. İşsizlik səviyyəsi 5,5% -ə qədər azalıb. Azərbaycanda dövlət ehtiyatları isə 50 milyard dollara qədər yüksəlib. Əhalinin gəlirləri 12% olub. Yoxsulluğun səviyyəsi 7,6 % olub. 2012-ci il Azərbaycan üçün enerji siyasətinin müəyyənləşdirilməsi, eyni zamanda, TANAP layihəsinin strateji bir layihə kimi inkişaf etdirildi. Bir sözlə, Azərbaycan qazının Avropa bazarına çıxarılması məhz TANAP layihəsi vasitəsi ilə baş tutacaq. Azərbaycan bu layihə çərçivəsində 30 milyard kubmetr mavi qazı Avropa bazarına çıxarmaq imkanı qazandı. 2012- ci il iqtisadi və sosial baxımından düşərli il kimi qiymətləndirmək olar.
Ruqiyyə Cəfərova
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...