Cari ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin müvafiq dövrünün göstəricisini 28,6 faiz üstələyərək 6 milyard 557,3 milyon manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, həmin vəsaitin 73 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 13,8 faizi əsaslı təmir, 2,3 faizi cari təmir, 10,9 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...