Son illər ölkədə "Milli hesablar sistemi – 1993"-ün ("MHS-1993") tətbiqi ilə bağlı təcrübə göstərdi ki, bu sahədə bir sıra çatışmazlıqlar vardır. Bu istiqamət üzrə nəzərdə tutulan tədbirlər milli hesablar sisteminin təkmilləşdirilməsinə yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, "MHS-2008" əsasında təkmilləşdirilməsi nəzərdə tutulan hesab və cədvəllərin yenidən işlənməsi ölkədə rəsmi statistikanın əsas prioritetlərindən biri hesab edilir, makroiqtisadi proseslərin təsviri və təhlili üçün istifadə olunur, iqtisadi əməliyyatların və göstəricilərin kompleks, ardıcıl və uzlaşdırılmış şəkildə qiymətləndirilməsinə imkan yaradır.
Bu işləri həyata keçirmək üçün "MHS-2008"-də ümumi daxili məhsul göstəricisinin həcminə, strukturuna və artım sürətinə təsir edən amillərin statistik praktikaya tətbiq edilməsi, resurslara dair ehtiyat və istifadə cədvəllərinin tərtibi və "MHS-2008"-in digər göstəriciləri ilə qarşılıqlı uyğunluğunun təmin edilməsi, dövlət sektoru hesablarının "MHS-2008"-in yeniləşdirilmiş tələblərinə uyğun qurulması, aktiv və passivlərə dair dəqiq məlumatların əldə edilməsi nəzərdə tutulur.
Eyni zamanda, turizm, informasiya-kommunikasiya texnologiyaları və energetikanın köməkçi hesablarının qurulması üçün metodologiyanın hazırlanması və "MHS-2008" çərçivəsində milli statistika təcrübəsində ilk dəfə olaraq satellit (köməkçi) hesabların qurulması nəzərdə tutulur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...