Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artaraq 11,4 milyon ton təşkil etmişdir. Yüklərin 61,1 faizini neft, 38,9 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu müddətdə dəniz limanlarında 10,9 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və 0,1 faiz artım olmuşdur. İşlənmiş yüklərin 86,7 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 1,8 faiz artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...