Və ya 2012-ci il Azərbaycan üçün uğurlu və perspektiv inkişafın möhkəm özülü oldu
Dünyada çox az dövlətlər var ki, onların inkişafı artan tempdə davam edir və hər ötən il ərzində uğurların sayı artır. Bu, əlbəttə ki, həmin dövlətlərin məqsədyönlü siyasət həyata keçirməsindən və siyasi, sosial-iqtisadi islahatları paralel şəkildə reallaşdırmasından asılıdır. Həmin dövlətlərin sırasında Azərbaycan da yer almaqdadır.
İqtisadi inkişaf ardıcıl və artan templidir
Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında iqtisadiyyatın qurulması və bu sahənin liberallaşdırılması effektiv nailiyyətlərin əldə olunmasına səbəb olub. Xüsusilə də, özəl sektora olan diqqətin artırılması, sahibkarlığın stimullaşdırılması, özəl mülkiyyətin qorunması və ən əsası iqtisadi sahənin tərəqqisini nəzərdə tutan möhkəm qanunvericilik bazasının yaradılması Azərbaycanın dünyanın sürətli inkişaf edən iqtisadiyyata malik ölkəsinə çevrilməsini labüdləşdirib. Bunun nəticəsidir ki, Azərbaycan postneft ölkəsi kimi gündəmə gəlməkdədir. Ələlxüsus, qeyri-neft sektorunda artan templi inkişaf müşahidə olunmaqdıdar. Məhz bu mənada, 2012-ci ili də qeyri-neft sektorunun inkişafı baxımdan uğurlu il hesab etmək olar. Çünki bu il iqtisadiyyata qoyulan 9,3 milyard dollar investisyanın 80%-i qeyri-neft sektorunun payına düşür. Bu baxımdan əhalinin yaşayış durumunun 12 faizə qədər artdığı iqtisadçı-ekspertlər tərəfindən də təsdiq olunur.
İqtisadçı Vüqar Bayramlı bildirib ki, qeyri-neft sektorunda mütəmadi olaraq artımların müşahidə edilməsi və bunun fonunda əhalinin yaşayış durumunun yaxşılaşmasının təməl prinsipində, dövlətin apardığı düzgün məqsədyönümlü siyasət dayanır: "Bu isə qeyri-neft sektorundakı ümumi daxili məhsulun payının 50%-i keçməsinə gətirib çıxarıb. Qeyri-neft sektorunun ümumi daxilində məhsuldakı payının artmasının bir sıra səbəbləri var. Belə ki,2010- cu ildən sonra Azərbaycandakı neft hasilatında müəyyən azalmalar müşahidə edildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yekunlarında neftdə 5% azalmalar müşahidə edilir. Neft sektorunda azalmalarla yanaşı, qeyri-neft sektorunda artım müşahidə edilir. 2011- ci ilin yekunlarına görə, qeyri-neft sektorunda 9,4% artım olub. Qeyri-neft sektorundakı artım Azərbaycan iqtisadiyyatının ümumi daxili məhsulun payının artımasına səbəb olur. Eyni zamanda, aqrar sektorun payında artım müşahidə edilir ki, bu da birmənalı şəkildə, ümumi daxili məhsulun strukturunun dəyişməsinə səbəb olur. Eyni zamanda, aqrar sektorun payında artım müşahidə edilir ki, bu da birmənalı şəkildə ümumi daxili məhsulun strukturunu dəyişməyə və qeyri-neft sektorunun payının artmasına səbəb olub. 2012-ci ildə qeyri-neft sektorunun 10%-ə qədər artımın olması proqnozlaşdırılır. Qeyri-neft sektorunda 2012 -ci ildə adambaşına düşən ümumi daxili məhsulun 11min dollara qədər yaxınlaşmasına gətirib çıxaracaq. Bu isə adambaşına düşən məhsulun Azərbaycanın regionda lider ölkəyə çevrilməsinə gətirib çıxarır. Azərbaycan MDB məkanında yalnız Rusiyadan geri qalır. Bu isə imkan verir ki, Azərbaycanda neft hasilatının azalmasına baxmayaraq, qeyri- neft sektorunun təxminən inkişafının ümumi daxili məhsulda artım tempinin qorunub saxlanılmasına gətirib çıxaracaq. 2012-ci ilin yekunlarına ümumi daxili məhsulda 2,5%-ə yaxın artımın olacağına imkan yaradır. Bir sözlə, Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrünün dayanıqlı olmasına imkan yaradır. 2012- ci il Azərbaycan iqtisadi baxımından stabil bir il oldu. Azərbaycan iqtisadiyyatında nəzərdə tutulan layihələrə və məqsədlərə nail olmaq mümkün oldu. Bu baxımdan 2012-ci ildə Azərbaycanın bütün sektorlarında artım tempinə nail olundu. Qeyd edim ki, bu ilin 10 ayında Azərbaycanda qiymət artımı 4,7% olub. İşsizlik səviyyəsi 5,5% -ə qədər azalıb. Azərbaycanda dövlət ehtiyatları isə 50 milyard dollara qədər yüksəlib. Əhalinin gəlirləri 12%, yoxsulluğun səviyyəsi isə 7,6 % olub. 2012-ci il Azərbaycan üçün enerji siyasətinin müəyyənləşdirilməsi, eyni zamanda, TANAP layihəsi strateji bir layihə kimi inkişaf etdirildi. Bir sözlə, Azərbaycan qazının Avropa bazarına çıxarılması məhz TANAP layihəsi vasitəsi ilə baş tutacaq. Azərbaycan bu layihə çərçivəsində 30 milyard kubmetr mavi qazı Avropa bazarına çıxarmaq imkanı qazandı. 2012- ci ili iqtisadi və sosial baxımdan düşərli il kimi qiymətləndirmək olar".
Qeyd edək ki, qarşıdakı 3 il, yəni 2013-2015-ci illər ərzində büdcədə neft sektorunun payı 52,4 faizdən 22,4 faizə düşəcək, qeyri-neft sektorunun payı müvafiq olaraq 47,6 faizdən 77,6 faizə qədər artacaq. Qarşıdakı 10 ildə isə qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin 2 dəfədən çox artması proqnozlaşdırılır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son illərdə inkişaf dinamikasına və artım meyillərinə görə fərqlənməklə bərabər, həm də iqtisadi və sosial idarəetmədə yeni modernizasiya elementlərinin tətbiq olunması ilə diqqəti cəlb edir. Bu tendensiya iqtisadiyyatın strukturunda yeniləşmənin bütün təzahürlərinin meydana çıxmasına səbəb olub. Yəni ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Prezident İlham Əliyevin müəyyən etdiyi uzunmüddətli strategiyanın əsas istiqamətləri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominatlığını möhkəmləndirməkdən ibarətdir.
Sosial rihaf - yüksək həyat tərzi...
Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri insanların sosial rifah halının yüksəldilməsi olduğu üçün bu sahədə həyata keçirilən işlər tez bir zamanda öz effektini verir. Belə ki, ölkədə yoxsulluğun 5, işsizliyin isə 6 faizə enməsi baş verib ki, bu da hakimiyyətin reallaşdırdığı sosial siyasətin səmərəliliyindən xəbər verir. İnsanların əmək haqlarının və pensiyalarının artırılması, vətəndaşların sosial rifah halının möhkəmləndirilməsi üçün qanunvericiliyin gücləndirilməsi, sosial-sığorta sisteminin möhkəmləndirilməsi və s. görülən işlərin sırasına daxildir.
Bununla yanaşı, 1 milyondan artıq qaçqın və məcburi köçkün vətəndaşımızın sosial rifah halının yüksəldilməsi üçün tədbirlərin görülməsi, onların evlərlə təmin edilməsi, iş qurmaları üçün mikrokreditlərin verilməsi ölkədə sosial vəziyyətin yüksəlməsinə səbəb olub. Məhz 2012-ci il də bu baxımdan əhəmiyyətli sayıla bilər. Bu il ərzində pensiyaların artırılması, yeni dövlət büdcəsində sosial xərclərin artırılması böhranlı vəziyyətdə olan dünya çərçivəsində bu, fövqəladə hal sayılır. Çünki hazırda Avropanın ən inkişaf etmiş dövlətləri sosial xərcləri azaltmağa başlasa da, Azərbaycanda bu sahədə yalnız artım qeydə alınır. Bunlar da bir daha sübut edir ki, 2012-ci il sosial siyasətimizin reallaşdırılması baxımından da uğurlu oldu.
Uğurlu daxili siyasətin davamı kimi effektli xarici siyasət...
Azərbaycan hakimiyyəti insanların sosial rifah halının yüksəldilməsinin, iqtisadiyyatın inkişaf etdirilməsilə yanaşı uğurlu xarici siyasət də reallaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurları isə göz önündədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb və may ayında bu mötəbər quruma sədrlik edib. Əlbəttə ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Bununla yanaşı, "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi də dövlətimizin uğurlu daxili və xarici siyasət yürütdüyünü bir daha sübut etdi. Ümumiyyətlə, beynəlxalq aləmdə nüfuzu sürətlə artan Azərbaycan artıq müxtəlif sahələrdə gələcəkdə də keçirilən yüzlərlə beynəlxalq əhəmiyyətli tədbirlərin keçiriləcəyi ölkələrdən birinə çevrilib. Ən mötəbər tədbirlərin keçiriləcəyi ölkələrin namizədliyi müzakirəyə çıxarılarkən, Azərbaycanın adı ilk onluqlar sırasında yer alır.
Qeyd edək ki, dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38, əleyhinə 8 səs verilib, iki nəfər bitərəf qalıb. Olimpiya oyunlarında 15 idman növü üzrə qaliblər müəyyənləşəcək. Bunun 12-si olimpiya idman növüdür. Avropa Olimpiya Oyunlarından ölkəmiz ən azı 100 milyon avro qazanacaq.
Azərbaycanın dünyada artan nüfuzu, həmçinin, onunla əməkdaşlıq etmək istəyən ölkələrin coğrafiyasını da genişləndirir. Elə bu il ərzində Latin Amerikası və Afrika ölkələrinin Azərbaycanla diplomatik əlaqələr qurması, hərtərəfli münasibətlərin dərinləşdirilməsinə hazır olmalarını nümayiş etdirməsi söylənilən fikrin əyani sübutudur.
Ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə konkret nəticəni şərtləndirən həll variantı əldə olunmasa da, işğalçı dövlətin təcrid olunması siyasəti uğurla həyata keçirilib. Məhz reallaşdırılan xarici siyasi kursu bir daha vətəndaşlarımızda əminlik formalaşdırır ki, işğal oluqmuş torpaqlarımız tezliklə azad olunacaq.
2020-yə doğru ilk ildə əhəmiyyətli uğurlarla irəli...
Qeyd edək ki, 2012-ci il ərzində həyata keçirilmiş işlərin nəticəsi olaraq, əldə olunmuş nailiyyətlər Azərbaycanın 2020-ci il üçün nəzərdə tutulmuş vəziyyəti üçün əhəmiyyətli meydan açır. Məlumat üçün bildirək ki, Konsepsiya insan fəaliyyətinin bütün sahələrini əhatə edən və rifah dövləti quruculuğu istiqamətində atılan mühüm addımdır. İnkişaf geniş məfhumdur və ilk olaraq insan kapitalından başlayır. Bu baxımdan milli inkişafımızın yeni mərhələyə keçidi ilk növbədə demokratik prinsiplərin hakim olduğu biliklərə və innovasiyalara əsaslanan cəmiyyətin tərəqqisini, rəqabətədavamlı və çoxşaxəli iqtisadi fəaliyyətin genişlənməsini, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin formalaşmasını nəzərdə tutur. Konsepsiyanın əsas məğzi insan amilinin hərtərəfli inkişafı üçün zəruri şərtlərin, mühitin və imkanların yaradılmasıdır. Bütün sosial kateqoriyalara aid olan vətəndaşların müzakirələrdə fəal iştirakı faktı özlüyündə Azərbaycanda insan kapitalı sahəsində mövcud irəliləyişin mühüm göstəricisidir. Məhz bu ilin yekunları 2020-yə doğru atılan ilk addımların cəmləşdiyi əhəmiyyəli il kimi yaddaşlara düşdü.
"Səs" Analitik Qrupu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...