On bir ayda metallurgiya sənayesi və hazır metal məmulatları müəssisələrində 409,8 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsalın həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə metallurgiya sənayesində 17,6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 60,4 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin on bir ayı ərzində sahə üzrə 1,1 min ton və ya 2,4 dəfə çox çuqun tökmə, 204,5 min ton polad tökmə məhsulları, 57 min ton polad borular istehsal edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...