PDF Oxu

İqtisadiyyat

  • 17

Bir ildə 2 min kilometr müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilmişdir

Bir ildə 2 min kilometr müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi tərəfindən 2012-ci ildə kənd elektron ATS-lərinin birləşdirici optik kabellərinin tikintisi davam etdirilmiş və 2 min kilometr müxtəlif tutumlu optik kabellər çəkilərək istismara verilmişdir.

Bu barədə AzərTAc-a məlumat verən "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov demişdir ki, genişzolaqlı internet xidmətləri üçün infrastrukturun yaranması özəl operatorların da regionlara axınını təmin etmişdir. Hazırda regionlarda 19 internet provayderi bu xidmətləri göstərir və onların sayı artmaqdadır. Abşeron rayonunda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər planına əsasən Masazır qəsəbəsində yeni salınmış "Qurtuluş-93" yaşayış massivində GPON (evə qədər fiber optik kabel) pilot layihəsi çərçivəsində beşmərtəbəli 12 binada kabelləşmə (fiber optik kabellərlə) işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

AzərTAc

Digər xəbərlər