Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AzərTAc-a bildirmişlər ki, "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istehsalat sahələrində iş şəraitinin yaxşılaşdırılması və istehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədi ilə işlər davam etdirilmişdir. Yarana biləcək nasazlıqlar, qarlı günlərdə baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Tullantıların Emalı Departamentinin 6-cı və 7-ci sahələrində ötürücü boru xətlərinin və siyirtmələrin izolyasiyası, mexaniki təmizləyici qurğularda isə profilaktiki təmir işləri yerinə yetirilmişdir.
Cari il üçün nəzərdə tutulmuş işlər yüksək səviyyədə yerinə yetirilmiş, qarşıdakı ildə də QSC-nin istehsalat sahələrində fasiləsizlik tam təmin olunacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...