Son dövrlər "Ağsu" Elektrik Şəbəkə (EŞ) Müəssisəsinin enerji təsərrüfatında həyata keçirilən tədbirlər müsbət nəticəsini vermişdir.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin 11 ayında müəssisədə 38,7 milyon kilovat-saatdan artıq, o cümlədən noyabrda 3,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Daimi əhali istehlakçıları üzrə bu göstəricilər müvafiq olaraq 21,2 milyon kilovat-saatdan çox və 2,2 milyon kilovat-saatdan artıq olmuşdur.
Ötən 11 ayda müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 190 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Qayda pozuntuları müvafiq formada aktlaşdırılmış və 639,6 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 38,4 min manata yaxın istehlak dəyəri bərpa olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...