2013-cü maliyyə ilində Dünya Bankı Azərbaycanda yeni layihələr həyata keçirəcəkdir.
Dünya Bankının Bakıdakı ofisindən AzərTAc-a bildirmişlər ki, bu layihələr kənd investisiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrini əhatə edir.
Kənd investisiyaları layihəsi kənd yerlərində lazımi infrastrukturun qurulmasına yönəlmişdir. Bu layihə üçün 30 milyon dollar vəsaitin ayrılması planlaşdırılır. Kənd təsərrüfatı layihəsi bu sahənin inkişafına və istehsalçıların maliyyələşdirilməsinə yönələcəkdir. Yeni səhiyyə layihəsi tibb personalın sertifikatlaşmasına xidmət edəcəkdir. Bir sıra cari layihələr davam edəcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...