PDF Oxu

İqtisadiyyat

  • 43

Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları

Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları

Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) yanvarın 7-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər olmuşdur.

Birjanın informasiya-təhlil şöbəsindən AzərTAc-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər idi.

Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.

Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7856 AZN təşkil etmişdir.

Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4.288.385,5 AZN məbləğində əqd qeydə alınmışdır.

Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7856 AZN təşkil etmişdir.

Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 5.465.000 ABŞ dolları və ya manat ekvivalenti ilə 4.288.385,5 AZN məbləğində əqd qeydə alınmışdır.

USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.

EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.

EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.

BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,20 faiz, ABŞ dolları üzrə isə 11,40 faiz təşkil etmişdir.

Yanvarın 7-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.

AzərTAc

Digər xəbərlər