PDF Oxu

İqtisadiyyat

  • 34

“Böyük Bakının Regional İnkişaf Planı”nda iqtisadiyyatın bütün sahələri öz əksini tapmışdır

“Böyük Bakının Regional İnkişaf Planı”nda iqtisadiyyatın bütün sahələri öz əksini tapmışdır

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsi artıq tamamlanmaq üzrədir.

Layihənin baş mühəndisi Əhliman Şükürlü AzərTAc-a bildirmişdir ki, tikinti Azərbaycan hökuməti ilə bağlanan müqavilə əsasında Dünya Bankının krediti hesabına yerinə yetiriləcəkdir.

Layihənin baş operatorunun Bakı Dövlət Layihə İnstitutu olduğunu diqqətə çatdıran Ə.Şükürlü işlərin cədvələ uyğun aparıldığını və bu sahədə müvafiq dövlət qurumlarından lazımi ilkin materiallar - məlumat bazası toplandığını söyləmişdir.

Layihə bir neçə mərhələdən ibarətdir. İlkin mərhələdə istinad sənədləri toplanmışdır. Yəni, "Böyük Bakı"nın əhatə etdiyi 283 min hektar ərazidə mövcud iqtisadi duruma daxil olan komponentlər -nəqliyyat sahəsi, tikinti kompleksi, ekoloji vəziyyət, sənaye, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələri öz əksini tapmışdır.

AzərTAc

Digər xəbərlər