PDF Oxu

İqtisadiyyat

  • 36

“AzəriLayt” markalı neftin bir barreli 114,49 dollara satılmışdır

“AzəriLayt” markalı neftin bir barreli 114,49 dollara satılmışdır

Dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdir.

Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,04 dollar azalaraq 93,15 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti isə 0,54 dollar yüksələrək 111,94 dollar olmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildirmişlər ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 0,44 dollar artaraq 114,49 dollara satılmışdır.

AzərTAc

Digər xəbərlər