Xəzər Dəniz Gəmiçiliyi öz ehtiyaclarını təmin etmək üçün Dövlət Neft Şirkətinin gəmiqayırma zavoduna sifarişlər vermək niyyətindədir.
AzərTAc xəbər verir ki, bu sözləri Xəzər Dəniz Gəmiçiliyin rəisi Aydın Bəşirov bildirmişdir.
A.Bəşirov qeyd etmişdir ki, Gəmiçilik hələ gəmi sifarişi verməyibdir. Çünki zavod artıq yaxın 5 il üçün sifarişlərlə təmin olunmuşdur. Xəzər Dəniz Gəmiçiliyi üçün gəmilərin Dövlət Neft Şirkətinin gəmiqayırma zavodunda tikintisinə başlandıqdan sonra xaricdən gəmilərin alınması dayandırılacaqdır. Bu, həmçinin tikinti işlərinin burada daha ucuz başa gəlməsi ilə bağlıdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...