Yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən ildə rabitə və informasiya texnologiyaları sektorunda əldə olunan nəticələr barədə danışmışdır.
Qeyd olunmuşdur ki, keçən il İnternet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35 faiz azalmışdır. Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi ölkə ərazisini 100 faiz əhatə etmişdir. Hazırda mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.
Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...