Ölkəmizdə yoxsulluq 6 faiz təşkil edirsə, ABŞ və Böyük Britaniyada statistik rəqəmlər 15 faiz üzərindədir
Son illər Azərbaycan iqtisadiyyatının inkişafı, dövlət tərəfindən aparılan uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli sərmayə mühiti ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını mümkün etmişdir. Hökumətin 2012-ci ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilmiş iclasında səslənən fikirlər Azərbaycanın dinamik inkişaf yolunda yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyduğu strateji vəzifələrin öhdəsindən uğurla gəldiyini bir daha təsdiqləyir. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında, sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir.
Azərbaycan yoxsulluq səviyyəsinin aşağı olmasında hegemon dövlətləri geridə qoyur
10-12 il qabaq rəsmi rəqəmlərdə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizə yaxın göstərilirdi. Son illərdə göstərilən rəqəm bir daha onu sübüt edir ki, Azərbaycan yoxsulluq səviyyəsinin aşağı olmasında hegemon dövlətləri geridə qoyur. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkədə yoxsulluq həddinin azaldığı və 6 faizə endiyi bildirilib. Qeyd olunduğuna görə, keçən il 117 min yeni iş yeri açılıb ki, onlardan 93 mini daimi iş yeridir. Nəticədə, işsizliyin səviyyəsi 2012-ci ildə 5,2 faiz səviyyəsinə düşüb. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də enib - 7,6 faizdən 6 faizə. Davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaradıb, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artıb. Əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələyib. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olub, 117 min yeni iş yeri açılıb. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil edib, əhalinin banklardakı əmanətləri 24,4 faiz artıb. Ölkədə orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir.
Müqayisə üçün bəzi Avropa ölkələrində yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərə diqqət yetirsək, Azərbaycanın yoxsulluq səviyyəsinin aşağı olmasında hegemon dövlətləri geridə qoyduğunu bir daha şahidi olarıq. Belə ki, ABŞ-da yoxsulluğun səviyyəsi 15,1, Almaniyada 15,5, Böyük Britaniyada 14, Belçikada 15,2, Hollandiyada 10,5 faizdir. Dünyanın inkişaf etmiş ölkələrində yoxsulluq səviyyəsi 10-15 faiz təşkil etdiyi halda, Azərbaycanda 6 faizə enmişdir. Son bir il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 1,5 faiz azalaraq, 7,6 faizə enib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil edib. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalıb.
Yeni iş yerlərinin açılması iqtisadi inkişafın təcəssümüdür
2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilib, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Bütövlükdə, bu müddətdə ölkəmizdə böyük əksəriyyəti daimi olmaqla, 1 milyondan artıq yeni iş yeri açılıb. Bu, 1 milyondan artıq insanın həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir. Yeni iş yerlərinin 90 faizdən çoxu özəl sektorun payına düşür ki, bunun da əsas hissəsi qeyri-neft sektorunda formalaşıb. Bunların arasında tikinti, istehsal, emal sənayesi, əhaliyə xidmətlərin göstərilməsi və digər sahələr üstünlük təşkil edir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə deyib: "Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır".
Bütün bu göstəricilər bir daha sübüt edir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində respublikanın iqtisadi həyatında sahibkarlığın rolu daha da güclənir, iş adamlarının fəaliyyətinə daha geniş imkanlar açılır.
RƏFİQƏ KAMALQIZI
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...